...

Azərbaycan tərəfi Avropa Şurasının siyasi məhbuslar üzrə yenidən məruzəçi təyin etməsini əsassız sayır

Cəmiyyət Materials 2 Oktyabr 2007 12:07 (UTC +04:00)
Azərbaycan tərəfi Avropa Şurasının siyasi məhbuslar üzrə yenidən məruzəçi təyin etməsini əsassız sayır

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıyeva qurumun prezidentinin Azərbaycanda siyasi məhbuslar üzrə yenidən məruzəçi təyin ediləcəyinə dair bəyanatını əsassız sayır.

"Düşünürəm ki, məruzəçinin təyin olunmasından danışmaq hələ bir balaca tezdir", çərşənbə axşamı Trend ə açıqlamasında Hacıyeva deyib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden bazar ertəsi jurnalistlərə bildirib ki, Azərbaycanda siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin ediləcək. AŞ PA rəhbəri bildirib ki, Avropa Şurası Azərbaycanda jurnalistlərin həbsi və siyasi məhbusların mövcudluğundan narahatdır. O bəyan edib ki, Avropa Şurası üçün bu, qəbuledilməzdir.

"Jurnalistlər hərdən təhlükəli, yaxud da bu cür qiymətləndirilən şəraitdə fəaliyyət göstərirlər. Onları həbs edirlər ki, bu da tamamilə qəbulolunmazdır" - deyə AŞ PA prezidenti bildirib.

2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra Azərbaycandə siyasi məhbuslar üzrə məruzəçi təyin olundu. İki il bundan əvvəl Avropa Şurasının təqdim etdiyi siyahı ilə siyası məhbuslar azad edildikdən sonra məruzəçi postu ləğv edildi və Azərbaycan vətəndaşlarının yerli məhkəmələrin qərarlarından İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət etmək proseduru tətbiq olunmağa başlandı.

Hacıyeva hesab edir ki, bu problem öz aktuallığını "çoxdan itirib" və bir neçə jurnalistin həbsi ilə bağlı məsələ aktualdır. Millət vəkili deyib ki, bu məqamlar məruzəçi təyin edilməklə yox, sadəcə daha məqbul bir variantda həll oluna bilər.

"Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi məsələsi AŞPA sədri ilə danışıqlar yolu ilə həll edilə bilər və AŞPA-nın Monitorinq Komitəsində danışıqlar aparılmalıdır", Hacıyeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti