...

Müğənni Elnuru Tərlan xanımla nə bağlayır?

Cəmiyyət Materials 3 Oktyabr 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr/müx. "TrendLife" Şahin Cavadsoy/ Tanınmış bəstəkar Vaqif Gərayzadənin layiqli tələbələrindən biri "Şeron" qrupunun eks-solistlərindən olmuş Elnur bu gün ən çox sevilən kişi müğənnilərdəndir. Onu sevənlər arasında təkcə gənc qızlara rast gəlinmir. Bəli, hətta ortayaşlı xanımlar da ona öz sevgilərini izhar edirlər. Misal üçün, barmağına taxdığı bahalı üzüyü hədiyyə edən bir xanımın adını çəkə bilərik. Həmin pərəstişkarının Tərlan xanım olduğunu söyləyən Elnur bizə dedi ki: "Xanım London-Bakı reysi ilə vətənimizə qayıtdığından solo konsertimə gəlib çata bilməyib. Əvəzində birinci barmağımda olan bu üzüyü hədiyyəsi kimi göndərdi".

Konsertə gələnlər Elnurun bu xanıma olan tərif mesajlarını eşidib, öz aralarında bir xeyli pıçıldaşdılar da. Tərlan xanımın kimliyini bilməyənlər söz-söhbət yayıblar ki, həmin qadın Elnuru dəlicəsinə sevən heyranlarına "başçılıq" edir. Ancaq biz deyək, qoy sizə də məlum olsun ki, barəsində şayiələr dolaşan xanım xalq artisti Flora Kərimovanın qızı Zümrüdün qaynanası Tərlan xanımdır. "TrendLife"a verdiyi açıqlamasına da Elnur dediklərimizi təsdiq etməklə başladı: "Biz illərdir ki, Tərlan xanımla ailəvi dostluq edirik. Mən hələ konsert zamanı da tamaşaçılarıma səsləndim ki, bunu başqa mənaya yozmasınlar. Onun iki övladı - həm oğlu, həm də qızı yaxın dostlarımdır. Ən əsası isə Tərlan xanım sənətinə hörmət bəslədiyim, günün bu günündə də bəhrələndiyimiz xalq artisti Flora xanım Kərimovanın qızı - bacı dediyim Zümrüdün qaynanasıdır. Sevinirəm ona görə ki, Tərlan xanım yaradıcılığımı çox yüksək qiymətləndirir. Bəli, mən də onu çox istəyirəm. Burada qəribə nə var ki?".

Xəbər lenti

Xəbər lenti