...

Azərbaycanın korifey bəstəkarı Tofiq Quliyevin yubileyi yenə qeyd olunacaq

Cəmiyyət Materials 16 Oktyabr 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Bu yaxınlarda Muğam Teatrında tanınmış bəstəkar Tofiq Quliyevin 90 illik yubileyi - anım mərasimi qeyd ediləcək. Məlumatı TrendLife üçün təsdiqləyən teatrın direktoru, əməkdar incəsən xadimi Arif Qazıyevin sözlərinə görə, onlar bu qənatə ölkə başçısının imzaladığı fərmandan sonra gəliblər: "Biz Tofiq Quliyevin anım mərasimini ötən mövsümün sonunda keçirmişdik. Amma prezidentin imzaladığı fərmandan sonra, bu addımı yenə atmaqda maraqlı olduq. Yubiley Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə bəstəkarın həyat və yaradıcılığına nəzər salınacaq, əsərləri həm tanınmış orkestrin müşayiəti ilə səsləndiriləcək, həm də tanınmış müğənnilərin ifasında bir daha yaddaşlarda təzələnəcək. Hazırda isə, yubileyin keçiriləcəyi günə ciddi hazırlıq işləri gedir. Yəqin gələn ay biz bu tədbiri təmtəraqlı şəkildə qeyd etməyə müvəffəq olacağıq". 

Xəbər lenti

Xəbər lenti