...

Zülfiyyə Xanbabayeva ana oldu

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Xanım-xatınlığı ilə bütün şou-əhlindən seçilən əməkdar artist Zülfiyyə Xanbabayeva bu gün- bir neçə saat öncə ana oldu. Bu xəbər KİV vasitələri ilə şəhərə səs saldığından, biz hazırda Leyla Şıxlınskayanın klinikasında müğənnini tək qoymayan prodüseri Nigar Hacızadə ilə əlaqə saxladıq. Məlumatı sevinclə TrendLife üçün təsdiqləyən Nigar xanım bildirdi ki, Zülfiyyənin də, körpəsinin də səhhəti yaxşıdır: "Uşaq saat 08.30 da dünyaya gəlib. Çəkisi də normaldır. İndi Zülfiyyənin palataya köçürülməsini gözləyirik. Bilirəm ki, pərəsişkarları onun səhhətinin necə olmasıyla maraqlanırlar. Amma ilk olaraq TrendLife-ın bu imkanından yararlanıb, bütün zülfiyyəsevərlərə deyirəm ki, narahat olmasınlar".

Prodüseri, Zülfiyyə xanımın nə vaxt evə buraxılacağını söyləməsə yeni doğulmuş körpənin adını da açıqlamadı: "Əsas odur ki, hər şey fəsadsız ötüşdü. Nə danışırsız, hələ bir neçə gün həkimlərin nəzarəti altında xəstəxanada müayinə olacaq. Qızına verəcəyi ad barədə isə, heç nə söyləyə bilmirəm".

Biz də TrendLife olaraq sevimli müğənnimizi ana olması münasibəti ilə təbrik edirik.

Xəbər lenti

Xəbər lenti