...

Şahmat üzrə Azərbaycan yığması Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 26 Oktyabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir B.Məmmədov/ Oktyabrın 28-də şahmat üzrə Avropa çempionatı start götürəcək. Firuzə Vəlixanlı və Mehriban Şükürova müxtəlif səbəblər üzündən qadınlardan ibarət komandaya daxil olmayıb. Kişilərdən ibarət komanda isə turnirə güclü heyətlə yollanır.

"Kişilərdən ibarət komandamız reytinq üzrə? Rusiya və Ukrayna şahmatçılarından sonra? çempionatda üçüncü olacaq. Buna görə, çempionatın medalları uğrunda müarizə aparmaq üçün xeyli şansımız var. Son zamanlar yığmalarımızın oyun təcrübəsindən əziyyət çəkməmələri və əla formada olmaları sevindirici faktdır ki, bu da onların gücünə inamı artırır" - deyə yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə Trend ə bildirib.

Qadınlardan ibarət yığmanın qarşısına bu kimi məqsədlər qoyulmayacaq.

"Çempionatın onluğuna düşmək uğur hesab oluna bilər. Bizim komanda reytinq üzrə ortabab hesab olunur. Bu nəticənin uğur hesab edilməsi təbiidir. Çünki biz çempionata zəif heyətlə yollanırıq" - deyə komandanın məşqçisi Anar Allahverdiyev vurğulayıb.

Çıxış edəcək komandanın heyəti rəsmən elan olunub. AŞF-nın mətbuat katibi Tural Baxışovun Trend ə verdiyi məlumata görə, komandanın yekun heyəti bu formadadır.

Kişilər:

1. Şəhriyar Məmmədyarov

2. Teymur Rəcəbov

3. Vüqar Həşimov

4. Qadir Hüseynov

5. Rauf Məmmədov

Qadınlar:

1. Zeynəb Məmmədyarova

2. İlahə Qədimova

3. Türkan Məmmədyarova

4. Nərgiz Umudova

5. Xəyalə İsgəndərova

Xəbər lenti

Xəbər lenti