...

Azərbaycan qrossmeysterləri AÇ-2007-nin favoritləri sırasındadırkfh

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan şahmatçıları Kritdə keçiriləcək Avropa çempionatı öncəsi aparıcı mövqelərdə qərarlaşıblar.

Ən yaxşı idmançıların reytinqi üzrə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ukraynalı Vasili İvançuk, bolqar Veselin Topalov və Rusiyadan olan Aleksandr Morozyeviçi qabaqlayaraq, müvafiq olaraq, 4-cü və 5-ci yerlərdə qərarlaşıblar. Bu ranq cədvəlinə uyğun olaraq Şəhriyar birinci lövhədə oynayacaq. İlin əvvəlində Veyk-An-Zee superturnirinin qalibi Teymur Rəcəbov isə, ikinci lövhədə mübarizə aparacaq.

Vüraq Həşimov yarış iştirakçıları sırasında, fransalı Avpora çempionu Vladislav Tkaçev, ispan Fransisko Valexo, Çexiya təmislçisi David Navaru və digərlərini qabaqlayaraq, 22-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti