Azərbaycan, Bakı, 5 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Xalq şairi Zəlimxan Yaqub özünün yaradıcılıq gecəsinə hazırlaşır. TrendLife-ın verdiyi məlumata görə, tədbir noyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində keçiriləcək. Bəzi məlumatlara görə, gecədə Zəlimxan Yaqubun yeni kitabının təqdimatı da olacaq. Mərasimdə bir sıra qonaqlar da iştirak edəcək.