...

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların törədilməsi heyvanların köçünə səbəb olub - ekologiya və təbii sərvətlər naziri

Cəmiyyət Materials 24 Noyabr 2007 12:14 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların törədilməsi heyvanların  köçünə səbəb olub - ekologiya və təbii sərvətlər naziri

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində errmənilər tərəfindən törədilən yanğınlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib. "Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda 40 min hektardan artıq sahə yandırılıb" şənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Ermənilərin işğalı 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir. 2006-cı ildən başlayaraq ermənilər işğal olunmuş əraziləri yandırmağa başlayıb. ATƏT-in Monitorinq Qrupu bununla bağlı həmin ərazilərdə araşdırma aparıb və yanğın faktlarını təsdiqləyib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Nazir bildirib ki, işğal olunan ərazilərdə yanğınların baş verməsi ekoloji tarazlığı pozmasa da, müəyyən çətinliklər yaranıb. Meşələrdə müxtəlif çeşidli nadir ağaclar məhv olunub. Müxtəlif heyvanlar ərazilərdən köç edib. "İşğal olunmuş ərazilərə yaxın kəndlərdə gəmirici heyvanların kütləvi köçməsi faktları müəyyən edilib. Bu məsələlərlə əlaqədar nazirlik beynəlxalq təşkilatlara müraciət edib" nazir əlavə edib.

Bağırov bildirib ki, ermənilərin ətraf mühitə vurduğu ziyanla bağlı beynəlxalq təşkilatlar ikili standartlar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti