...

Biz Azərbaycan mədəniyyətini yaxşı tərəfdən göstərəcəyik - mayestro Ceyhun

Cəmiyyət Materials 4 Dekabr 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Cavid Osmanov/

Hazırda bütün dünya Azərbaycan musiqisi və mədəniyyəti ilə yaxından maraqlanır. Bu sırada Asiya ölkələri də var. Bu yaxınlarda mayestro Ceyhun Cənubi Koreyada və Seulda çıxış etmək üçün dəvət alıb. Bu haqda TrendLife-a Ceyhunun özü danışıb: "Seulda mənim ikinci çıxışım olacaq. Bizdən başqa bu konsertdə muğam ifaçıları Babək Niftəliyev, Bəyim xanım da iştirak edəcək. Düşünürəm ki, bu, çox maraqlı konsert olacaq. Çalışacağıq ki, mədəniyyətimizi yaxşı tərəfdən göstərək".

Qeyd edək ki, Ceyhun hazırda bir neçə layihə üzərində çalışır. Onun sonuncu işi olan "Sənsiz keçən ömür" mahnısına Fuad Əlişov klip çəkməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti