...

Tovuzun orta məktəblərində müəllim çatışmazlığı var

Cəmiyyət Materials 6 Dekabr 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Tovuz rayonunun sərhəd kənd məktəblərində müəllim çatışmazlığı var. "Tovuzun sərhəd kənd məktəblərində 80-dən çox müəllim çatışmır. Bununla bağlı Təhsil Nazirliyinə məlumat verilsə də, yeni dərs ilində rayona cəmi 6 müəllim ezam olunub" cümə axşamı Trend ə Tovuz rayon İcra Hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini Niftalı Qasımov bildirib.

Təhsil Nazirliyi ucqar kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün ötən il dövlət proqramı qəbul edib. Dövlət proqramına əsasən, ucqar kəndlərdə işləyən müəllimlərin əmək haqqı şəhərdə çalışan müəllimlərin maaşından 2 dəfə çoxdur. Həmin müəllimlər pulsuz yaşayış yerləri ilə təmin olunur.

Qasımov bildirib ki, kənd məktəblərində müəllim qıtlığı əsasən humanitar fənlər üzrədir. Onun sözlərinə görə, Təhsil Nazirliyinin ucqar kəndlərə ezam olunan müəllimlərə etdiyi xüsusi güzəştlərdən sonra rayona könüllü olaraq 10-a yaxın müəllimin gəlib.

Paytaxt Bakıdan 500 kilometr qərbdə yerləşən Tovuzun 102 kəndində 85 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 4300-dən artıq müəllim çalışır.

Xəbər lenti

Xəbər lenti