...

Azərbaycan Parlamentində həbs olunmuş jurnalistlərlə bağlı məsələ qaldırılıb

Cəmiyyət Materials 7 Dekabr 2007 12:52 (UTC +04:00)
Azərbaycan Parlamentində həbs olunmuş jurnalistlərlə bağlı məsələ qaldırılıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin bugünkü iclasında həbs olunmuş jurnalistlərlə bağlı məsələ qaldırılıb. Milli Məclisdə müxalifəti təmsil Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Milli Məclisin cümə günü keçirilən iclasında bildirib ki, "Azadlıq" radiosunun Naxçıvan bürosunun müxbiri İlqar Nəsibovun həbs olunması ilə Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-a çatıb.

Azərbaycanda hazırda 10 jurnalist həbsdədir. Onların əksəriyyəti rəsmi şəxslərin müraciəti əsasında böhtan və təhqirdə ittiham olunaraq həbs ediliblər.

Hüseyn Milli Məclis sədrindən xahiş edib ki, jurnalistlərin həbs olunması ilə bağlı məsələni və deputatların bundan narahat olmasını prezident İlham Əliyevin nəzərinə çatdırsın.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, jurnalistlərin həbsi Azərbaycanın imicinə zərbə vurur və yeni il ərəfəsinə onların azad olunması vacibdir.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bəzi jurnalistlər mətbuatda heç bir fakta əsaslanmayan və həqiqəti əks etdirməyən məqalələr yazırlar: "Bəzi jurnalistlər ağzına gələni yazanda, həmin məqalədə kiçik bir həqiqətin olmasına da diqqət yetirsinlər. Həmin məqalələrdə heç bir alternativ fikir olmur. Bu isə nə jurnalistə, nə də ki dövlətə hörmət gətirmir".

Xəbər lenti

Xəbər lenti