...

AFFA Azərbaycan yığması üçün sparrinq-rəqib axtarışını davam etdirir

Cəmiyyət Materials 7 Dekabr 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ AFFA futbol üzrə Azərbaycan yığması üçün sparrinq-rəqib axtarışını davam etdirir.

Trend in verdiyi məlumata görə, yoldaşlıq oyununun keçiriləcəyi rəqiblərdən biri Andorra yığması ola bilər. Assosiasiya nümayəndələri artıq Andorradan olan həmkarları ilə danışıqlar aparıb. Lakin danışıqların bəzi detallarını dəqiqləşdirmək lazımdır. Belə ki, Azərbaycan çempionatında yaranan qış fasiləsi ilə əlaqədar bir sıra yüksək liqa klubları oyunçularını məzuniyyətə buraxmağa hazırlaşır, buna görə də, oyunun keçirilmə yeri və tarixi müəyyən rola malikdir.

Andorra Avro-2008-in ötən seçmə mərhələsində Azərbaycanın DÇ-2010 çərçivəsində qarşılaşacağı Rusiya yığması ilə bir qrupda yer almışdı.

Xəbər lenti

Xəbər lenti