...

Qrossmeyster Teymur Rəcəbov Kliçko qardaşları ilə qarşılaşa bilər

Cəmiyyət Materials 15 Dekabr 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Yanvarın 2-də Odessada keçiriləcək və azərbaycanlı qossmeyster Teymur Rəcəbovun da iştirak edəcəyi şahmat üzrə II Dünya Kubokunun mükafat fondu 100 min dollara bərabər olacaq.

Trend in Ukrayna KİV-nə istinadən verdiyi məlumat görə, yarışa fəxri qonaq qismində məşhur boksçular Vitali və Vladimir Kliçko qardaşlarının da qatılacağı istisna edilmir. Bununla yanaşı yarış təşkilatçıları turnirdə iştirak müqaviləsini 13 qrossmeysterə, o cümlədən hindistanlı Vişvanatanu Anandu, rusiyalı Vladimir Kramnik, ev sahibi Vasili İvançuk, Macarıstandan olan Petru Leko, ermənistanlı Levon Aronyan və digər qrossmeysterlərə təqdim ediblər. Yarışda iştirak üzrə boş qalan üç vakant yer ayrıca bölüşdürüləcək. Belə ki, bu yerlərdən birinin Odessa şahmatçılarından hansınasa təqdim olunacağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti