...

Azərbaycan "Start" kinofestivalında üç filmlə təmsil olunacaq

Cəmiyyət Materials 17 Dekabr 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Start" dördüncü beynəlxalq tələbə filmləri kinofestivalının açılışına hazırlıq işləri görülür. TrendLife-ın verdiyi məlumata görə, bu tədbir çərçivəsində 27 film nümayiş etdiriləcək. Həmin filmlərdən 3-ü Azərbaycan filmləridir. Tədbirdə cəmi 3 filmlə təmsil olunmağımız yaradıcılığa yeni başlayan Azərbaycan rejissorları üçün çox aşağı göstərici sayıla bilər. Münsiflər heyətinə dörd nəfər daxildir. Onun rəhbəri rejissor Şamil Əliyevdir. Şamil Əliyev Türkiyə və Fransada keçirilən bir çox beynəlxalq müsabiqələrin iştirakçısı olub.

Onu da qeyd edək ki, "Start" festivalı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti