Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/
Rejissor Şamil Nəcəfzadənin TrendLife-a verdiyi məlumata görə, "Qala" filminin çəkilişləri başa çatıb.
-Filmi bitirmək üçün mənə bir səhnəni qarda çəkmək lazım idi. Gözlədim ki, Gədəbəydə qar yağsın, sonra çəkiliş prosesini bitirim. Filmin neqativlərini İrana göndərdim ki, üzərində işləsinlər. Artıq neqativləri mənə qaytarıblar, indi filmin səsləndirilməsi üzərində işləyirik. Filmdə bir-iki epizodu çıxmaq şərti ilə, bütün səhnələr Gədəbəydə lentə alınıb.
Qeyd edək ki, əsas rollarda Rasim Balayev, Vidadi Həsənov, Yuliya Perefild və 13 yaşlı Məhəmməd Əlili çıxış edirlər. Filmin operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Arif Məhərrəmov və Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarovdur.