...

Azərbaycan müğənnisinin insan alverində günahlandırılan bacısının cinayət işinin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 18 Yanvar 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan müğənnisi Rəqsanə İsmayılovanın insan alverində günahlandırılan bacısı və anası barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.

Müğənninin bacısı Ellada İsmayılovanın vəkili Bəylər Məmişov cümə günü Trend ə bildirib ki, bu gündən təqsirləndirilənlər və vəkillər cinayət işinin materialları ilə tanışlığa başlayacaq.

İnsan alverində ittiham olunana İsmayılova barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Eyni ittihamla təqsirləndirilən müğənninin anası Adilə Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıb.

Onlar insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs ediliblər.

Vəkil bildirib ki, cinayət işinin materialları yanvarın sonunadək baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

2007-ci il oktyabrın 4-də Türkiyənin Bodrum 4-cü İnstansiya Cinayət Məhkəməsi İsmayılova barəsində bəraət hökmü çıxarıb. Cinayət işinin materiallarında qeyd olunub ki, İsmayılova zərərçəkmiş, şərti adı Lalə olan qadını Bodruma aparıb və Lalə 2005-ci ilin noyabrından 2006-cı il mayın 15-dək burada qalıb. Lalə bu müddətdə İsmayılova və Arzu Seytinin onu fahişəliyə məcbur etdiklərini bildirib və fahişəliyə təhrik maddəsi ilə iddia qaldırıb. Lakin təqsirləndirilən şəxslər irəli sürülən iddianı qəbul etməyiblər. Məhkəmənin bərət hökmündə qeyd olunub ki, cinayət materiallarında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar yoxdur .

Müğənni Rəqsanə İsmayılova bu barədə mətbuata ilk açıqlamasında anası və bacısının insan alverində iştirakını təkzib etsə də, sonradan bacısının hərəkətlərinə görə məsuliyyət daşımadığını və bu işi ona qarşı bir qrup şəxs tərəfindən hazırlanmış təxribat kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti