...

BMT-nin korrupsiya ilə bağlı sessiyası keçiriləcək

Cəmiyyət Materials 25 Yanvar 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K. Zərbalıyeva/ Yanvarın 28-də Korrupsiyaya qarşı BMT Konvensiyasını ratifikasiya etmiş üzv ölkələrin Konfransının ikinci sessiyası keçiriləcək.

Ali Məhkəmədən cümə günü Trend ə bildirilib ki, fevralın 1-dək İndoneziyada keçiriləcək tədbirdə Azərbaycanı, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə, Milli Məclisin, Baş prokurorluğun və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Hər il keçirilən sessiyada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının icrası, ölkələrin qarşılıqlı əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunacaq.

Sessiyada Azərbaycan nümayəndə heyətinin korrupsiya ilə mübarizə istiqamətində görülən işlər barədə çıxışı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti