...

Öz torpağımda sevilməyim bəsimdir - müğənni Xumar Qədimova

Cəmiyyət Materials 1 Fevral 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı,01 fevral /müx. TrendLife Şahin Cavadsoy

Müğənnilərimizin çamadan əhval-ruhiyyəsi ilə qonşu Türkiyəyə yol almaq sevdası, deyəsən yavaş-yavaş ikinci plana keçir. Bu sırada müğənni Xumar Qədimovanın adını birinci yazmaq olar: "Razıyam ki, son zamanlar yerli müğənnilərimizin böyük əksəriyyəti çamadanlarını hazırlayıb, qardaş Türkiyə şou-biznesinə qoşulmaq niyyəti ilə İstanbula yol alırlar. Bilirsiz ki, Xumar xanım bir neçə il bundan öncə, möhtəşəm layihəsini tamamlamaq üçün həmin ölkəyə yola düşmüşdü. Keçən il bütün pərəstişkarlarım bunun şahidi oldular. Amma bir etiraf etmək istəyirəm. Hesab edirəm ki, öz torpağımda sevilməyim bəsimdir. Necə deyərlər. "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı".

Xəbər lenti

Xəbər lenti