...

Azərbaycanda küləkli hava şəraiti yaxın 3 gündə davam edəcək

Cəmiyyət Materials 4 Mart 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanda qeyri-sabit, küləkli hava şəraiti martın 7-nə kimi davam edəcək. Bu barədə Trend a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Martın 3-ü axşamdan başlayaraq hava şəraiti dəyişilib, qeyri-sabit və küləkli hava şəraiti müşahidə olunub. Qərb rayonlarında yağış, dağlarda isə qar yağıb.

Tağıyeva deyib ki, martın 5-7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 8-10, axşam 4-6 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti