...

Azərbaycanda bəzi nəşriyyatlar razılıq almadan dini ədəbiyyat nəşr edir - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 18 Mart 2008 11:52 (UTC +04:00)
Azərbaycanda bəzi nəşriyyatlar razılıq almadan dini ədəbiyyat nəşr edir - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 18 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, ölkədə bəzi nəşriyyatlar Dövlət Komitəsindən razılıq almadan dini ədəbiyyat nəşr edir. "Zərərli dini ədəbiyyatın nəşrinin yayılmasının qarşısının alınması istiqamətində Dövlət Komitəsi ilə nəşriyyatlar birgə fəaliyyət göstərməlidir" Komitənin sədri Hidayət Orucov Azərbaycanda fəaliyyət göstərən aparıcı nəşriyyatların rəhbərləri ilə görüşündə bildirib.

Azərbaycanda dini ədəbiyyat xaricdən idxal olunmaqla, ölkə nəşriyyatlarında nəşr edilməklə və yerli nəşriyyatlarda çap etdirməklə yayılır. Ölkədə müvafiq qanunvericiliyə uyğun olaraq nəşr edilən və idxal olunan dini ədəbiyyat Dövlət Komitəsində ekspertizadan keçiriləndən və müsbət rəy alındıqdan sonra yayılmalıdır.

Orucov deyib ki, ötən il dini ədəbiyyatın ölkədə nəşrinə razılıq verilməsi ilə bağlı nəşriyyatlardan Dövlət Komitəsinə 35 müraciət daxil olub. Rəyə təqdim olunan dini ədəbiyyatdan 20 adda kitabın nəşrinə razılıq verilib, 13 adda kitabdan zərərli fikirlərin çıxarılması və yenidən rəyə təqdim olunması barədə qərar qəbul edilib, 2 adda kitabın nəşr olunması məqsədəuyğun sayılmayıb. Komitə sədri icazə olmadan zərərli dini kitabları çap edən nəşriyyatların adlarını açıqlamayıb.

Görüşdə "Azərbaycan Milli Ensiklopediyası"nın Elmi Mərkəzinin, "Azərnəşr"in, "Gənclik", "Adiloğlu", "Apostrof", "Şirvannəşr" nəşriyyatlarının rəhbərləri, "Ulu" istehsalat kommersiya firmasının direktoru iştirak edib.

Xəbər lenti

Xəbər lenti