...

Azərbaycan şahmatçıları Avropa çempionatının astanasındadır

Cəmiyyət Materials 21 Aprel 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycan şahmatçıları bu gün Plovdiv şəhərində start götürəcək Avropa çempionatında mübarizə aparacaq.

Trend un verdiyi xəbərə görə, kişilərin yarışında 332 idmançı, qadınların yarışında isə 165 qadın şahmatçı iştirak edəcək. Hər iki turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Vaxta nəzarət - 40 gediş üçün 90 dəqiqə və partiyanın sonuna qədər hər gediş üçün 30 saniyə əlavə olunmaqla 30 dəqiqədən ibarətdir. Çempionatda medallarla yanaşı kişilərin Dünya kubokuna 22, qadınların Dünya kubokuna isə 13 vəsiqə oynanılacaq.

Çempion, medalçı və qaliblərin müəyyən olunması üçün mayın 3-də tay-breyk oynanılacaq. Yarışda kişilər üzrə reytinq-favorit Slovakiyanı təmsil edən Sergey Movsesyan, qadınlar üzrə isə İsveçdən olan Pia Kramlinqdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend @trend.az

Xəbər lenti

Xəbər lenti