...

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu azərbaycanlı gənclərə 3 yer ayırıb

Cəmiyyət Materials 6 May 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Babayev/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) tələbə qəbulu elan edib. Bu barədə Trend -a Dövlət Komissiyasından məlumat verilib.

Məlumata əsasən, institut cari tədris ilində Azərbaycan gənclərinə 3 yer ayırıb. Qəbul imtahanında attestat qiymətləri 4 və 5 olan Azərbaycan məktəblərinin cari ilin məzunları iştirak edə bilər.

Qəbulun birinci mərhələsində- mayın 14- də test imtahanı keçiriləcək. İmtahan nəticəsində 500-dən yüksək bal toplayan abituriyentlər ikinci mərhələyə buraxılacaqlar. Onlardan ən yüksək bal toplayan 3 nəfərin ödənişsiz təhsil alması üçün namizədlikləri MDBƏİ-yə təqdim olunacaq.

MDBƏİ tərəfindən Moskva şəhərində cari ilin 27 iyun - 3 iyul tarixlərində aparılacaq ikinci mərhələdə abituriyentlər, seçdikləri fakultədən asılı olmayaraq, rus və ingilis dillərindən test imtahanı verəcəklər. "Beynəlxalq iqtisadi əlaqələr fakultəsi"nə qəbul olunmaq istəyənlər bundan əlavə, riyaziyyatdan da imtahan verməlidirlər.

MDBƏİ-yə qəbul olunan abituriyentlər 2008-2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti