...

Teatra görə prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk-rejissor Aleksandr Şarovski

Cəmiyyət Materials 13 May 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Eldar Hüseynzadə/

Nəhayət ki, Rus Dram Teatrında təmir işləri başa çatıb. Teatrın açılışında tamaşaçıları təqdim olunacaq ilk tamaşa haqqında isə rejissor Aleksandr Şarovski TrendLife-a bunları söyləyib. "Əvvəla prezidentimizin bizə bəxş etdiyi bi qiymətli hədiyyə görə ona minnətdarıq. O, bizim arzumuzu yerinə yetirdi. Elə bir binaya sahib olmuşuq ki, yayada sərin, qışda isə bizə isti olacaq. İtaliyadan, ABŞ-dan gətirilən xüsusi qurğular quraşdırılıb. Hər şey çox yüksək səviyyədədir. Yəqin ki, açılış mərasimində İlham Əliyev özü şəxsən iştirak edəcək. Ona görə də teatr kollektivi "Xəyallar gerçəkləşir" adlı xüsusi tamaşa hazırlayır".

Qeyd edək ki, açılış mərasimi sentyabr ayına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti