...

Gəncənin musiqi məktəbinin yubileyi keçirilib

Cəmiyyət Materials 29 May 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Gəncə, 29 may/ Trend , müxbir V. Məmmədov/ Bu gün Gəncə şəhər Fikrət Əmirov adına 1 sayıl uşaq Musiqi Məktəbinin 85 illik yubley mərasimi keçirilib. Tədbirdə Gəncə içtimayət nümayəndələri və müsiqiçiləri iştirak edib. Çıxış edən şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın bildirdiyinə görə, musiqi məktəbi Gəncədə ilk, respublikada isə birinci yaradılan müsiqi məktəblərindən biridir.

Müsiqi məktəbi 1923-cü ildə Bülbül və Üzeyr Hacıbəyovun səyi ilə Məşədi Cəmil Əmirov tərəfindən yaradılıb. Bu təhsil ocağına Həmzə Əliyev, İsax Bağırov, Abbasəli Vəliyev, Fikrət Əmirov kimi tanınmış müsiqiçəlr rəhbərlik edib.

Fikrət Əmirov adına 1 saylı musiqi məktəbinin direktoru Ayidə Əmrahovanın bildirdiynə görə, məktəbin yetirmələrindən Fikrət Əmirovu, Telman Hacıyevi, Qənbər Hüseynlini, Faiq Nağıyevi qeyd etmək olar.

Yubley tədbirində məktəbin müxtəlif ixtisasları üzrə təhsil alan şagirdləri konsert proqramı ilə çıxışlar ediblər. Məktəbin bir qrupp müəlliminə Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanları təqdim olunub.

Hazırda musiqi məktəbində 9 ixtisas üzrə 500 dən çox şagird var. Burada 140 müəllim çalışır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti