...

Azərbaycanlı atletlər təlim-məşq toplanışına yollanıblar

Cəmiyyət Materials 2 İyun 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın yüngül atletika üzrə yığma komandası təlim-məşq toplanışı keçmək üçün Belarusun Minsk şəhərinə yola düşüb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Minskə gedən yığma komandanın tərkibində səkkiz idmançı və üç məşqçi yer alıb. Təlim-məşq toplanışında Pekin Olimpiadasına lisenziya qazanmış idmançılar - Ramil Quliyev (100 metrə qaçış) və Ruslan Abbasov (100 metrə qaçış) da iştirak edəcəklər.

Azərbaycanın yüngül atletika üzrə yığma komandasının baş məşqçisi Məhərrəm Sultanzadədir. Eldar Quliyev və Sergey Təhməzov isə yığma komandada köməkçi-məşqçi vəzifəsində çalışırlar.

Azərbaycanlı atletlərin hazırlığı iyunun 2-dən 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti