...

Azərbaycan və Gürcüstan birliyi sarsılmazdır-gürcü rejissor Qeorqi Xaindrava

Cəmiyyət Materials 2 İyun 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. TrendLife Eldar Hüseynzadə/

Qeorqi Xaindrava hazırda siyəsətçi kimi daha çox tanınıb. O, qatı gürcü müxalifətçilərindən sayılır. Bu onun qanındadır. Vaxtı ilə onun atası və babası siyasi məhbus olub. Qeorqi Xaindrava həm də gözəl rejissordur. O, 1990-cı il 20 yanvarı gözəl lentə alıb. Onun çəkdiyi filmlər beynəlxalq kinofestivallarda, müsabiqələr də fəxri mükafatlara layiq görülüb. Keçən il "Şərq-Qərb" festivalında iştirak edən rejissor fəxri mükafata layiq görülüb. O, bu ildə adıçəkilən festivalda iştirak edir. O. azərbaycanlı rejissorlarla əməkdaşlığı barədə TrendLife-a danışıb.

-Siz "Şərq-Qərb" festivalının tez-tez qonağı olursunuz...

-Bəli. Keçən il də bu festivalın qonağı idim, mükafat qazanmışdım. İndi də böyük məmuniyyətlə bu festivalda çıxış edirəm.

-Festivalın abu-havasını bəyənirsinizmi?

-Hesab edirəm ki, hər şey gözəl keçir. Rüstəm İbrahimbəyov həyatda sehribazdır. Çünki belə festivalları mədəniyyətin inkişafı üçün təşkil etmək lazımdır. Məncə "Şərq-Qərb" festivalını ən mühüm nəaliyyətlərdən biri saymaq olar.

-Ola bilər ki, gələcəkdə azərbaycan-gürcü birgə kino layihəsi baş tutsun?

-Bizim aktyorlar və rejissorlar sizinkilərlə tez-tez görüşüb, hansısa ideyalarla bölüşürlər. Buna Rüstəm İbrahimbəyovun prodüsserliyi ilə çəkilən "Aleksandr Nevskiy" filmini misal göstərmək olar. Həmin lent üzərində Enri Lulaşvili və mən işləmişəm. Təssüf ki, vəziyyət elə gətirdi ki, həmin əsər üzərində sona qədər çalışa bilmədim. Azərbaycan-Gürcüstan birliyi sarsılmazdır.

-Siz özünüzdə siyasətçi və rejissor kimi necə uzlaşdırırsınız?

-Çox çətindir. Təssüf ki, Gürcüstanda baş verən hadisələr məni demək olar kinorejissor işindən ayrı salıb. Tələbələrimlə birgə Gürcüstanda baş verən bütün hadisələri kameralara çəkirik. Lakin bu fraqment xarakteri daşıyır. Məncə rejissor əsl film çəkməlidir.

-Siz öz sahənizə qayıtmağı nə vaxta planlaşdırırsınız?

-Düşünürəm ki, yaxın gələcəkdə kino sahəsinə qayıdacam.

-Siyasətdən ayrılacaqsınız?

-Düzünü desəm, mən heç vaxt özümü siyasətçi saymamışam. Sadəcə olaraq Gürcüstanda baş verən hadisələr biz və bizim gələcək nəsil üçün o qədər vacibdir ki, məncə ölkənin inkişafı üçün hər bir vətəndaş fəal olmalıdır.

Xəbər lenti

Xəbər lenti