Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu "Olimpik" komandasının braziliyalı hücumçusu Junivan Suareslə bir illik müqavilə bağlayıb. Bu barədə cümə günü Trend -a "Qəbələ" klubunun mətbuat xidməti məlumat verib.
Suares Azərbaycan çempionatında "Turan" və "Olimpik" klublarında çıxış edib. O, "Olimpik" klubunun heyətində futbol üzrə Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə gümüş medal qazanıb. Bu, "Qəbələ" klubunun mövsümlərarası fasilə dövründə həyata keçirdiyi sayca dördüncü transferdir. Braziliyalı futbolçudan əvvəl Asen Nikolov, Kənan Kərimov və Qoqa Beraya da "Qəbələ" ilə müqavilə bağlayıb.
Klubun mətbuat xidmətinin Trend -a verdiyi məlumata görə, "Qəbələ" növbəti futbol mövsümünə hazırlaşmaq üçün Hollandiyada təlim-məşq toplanışı keçəcək.
"Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]