...

Azərbaycan mətbuatının vəziyyəti ilə bağlı sorğunun nəticələri açıqlanıb

Cəmiyyət Materials 6 İyun 2008 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Parlament Jurnalistlər Birliyinin keçirdiyi rəy sorğusunda iştirak edən respondetlərin 50 faizi hesab edir ki, oktyabrda keçiriləcək prezident seçkisi ərəfəsində mətbuatın vəziyyəti qeyri-qənaətbəxşdir. "Sorğu 50 deputat, 50 jurnalist, 50 ali təhsil məktəbi müəllimi və 50 tələbə arasında keçirilib", - deyə cümə günü Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib.

"Rəyi soruşulanların 37 faizi vəziyyəti qənaətbəxş kimi qiymətləndirib. Qalanları suala cavab verməkdə çətinlk çəkdiklərini qeyd ediblər", -deyə Eyvazlı əlavə edib. Mətbuatın seçki kampaniyasına hazırlığı ilə bağlı respondentlərin 55 faizinin mövqeyi qənaətbəxş, 34 faizinin qeyri-qənaətbəxş olub. Qalanları suala cavab verməyiblər. Sorğuda iştirak edənlərin hamısı "qara piar"a pis münasibət bəslədiklərini qeyd ediblər.

Mətbuatın ölkənin ictimai-siyasi həyatına təsirinə gəlincə, tədbirdə iştirak edənlərin 45 faizi qənaətbəxş, 35 faizi qeyri-qənaətbəxş cavabını verib, qalan hissə isə, cavab verməkdə çətinlik çəkdiklərini bəyan edib. Respondentlərin 71 faizi prezidentliyə namizədlərin təbliğinın televiziyalarda, 20 faizi internetdə, 5 faizi hamısında, qalan hissə isə, qəzetlərdə olmasına tərəfdar çıxıb.

Sorğuda iştirak edən mətbuat işçilərinin 80 faizi seçki ərəfəsində mətbuatın vəziyyətini qeyri-qənaətbəxş, 45 faizi bu mətbuatın seçki kampaniyasına hazır olmadığını, 70 faizi onun ölkənin ictimai-siyasi həyatında təsirsiz olduğunu qeyd edib. Bunun əksinə olaraq, deputatların 70, müəllimlərin 40, tələbələrin 30 faizi seçki ərəfəsində mətbuatın vəziyyətini qənatəbəxş qiymətləndirib. Soroğunun nəticələrindən aydın olub ki, müəllim və tələbə heyətini bu məsələ o qədər də maraqlandırmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti