...

Azərbaycan Premyer-Liqasının gümüş mükafatçısı flaqmanın oyunçusunu transfer edib

Cəmiyyət Materials 11 İyun 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının gümüş mükafatçısı Bakının "Olimpik" klubu yeni oyunçuların transferini davam etdirir. Klubun mətbuat xidmətindən "Trend-News"a verilən məlumata görə, Bakının "Neftçi" klubunun müdafiəçisi Ramin Quliyev gələn mövsümdən "Olimpik"in formasını geyəcək.

Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Ramin Quliyev "Neftçi"yə 2007-ci ilin yayında "Bakı" klubundan gəlmişdi. Müdafiəçi Azərbaycan yığma komandasının üzvüdür.

"Olimpik" bu günə qədər Vüsal Qarayev və Bəşir Müqədini transfer edib. Komandanın baş məşqçisi Əsgər Abdullayevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti