...

Azərbaycanda hər il güləş üzrə Qızıl Qran-Pri turniri keçiriləcək-FİLA prezidenti

Cəmiyyət Materials 27 İyun 2008 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Beynəlxalq Güləş Federasiyaları Assosiasiyassı (FİLA) qərara alsb ki, hər il Azərbaycanda güləş üzrə Qızıl Qran-Pri turniri keçiriləcək. Bu barədə cümə günü Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirinin açılış mərasimində FİLA prezidenti Rafael Martinetti məlumat verib.

Trend -un arayışı: Bakıda ümummilli liderHeydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirinə start verilib. Turnirdə 25 ölkədən 250-ə yaxın güləşçi iştirak edəcək. Sərbəst, yunan-roma və qadınlar arasında keçiriləcək yarışda 7 çəki üzrə qaliblər müəyyənləşəcək. Hər çəki üzrə birinci yeri tutana 5000, ikinci yerə 3000, üçüncü yerin sahibinə 2000 dollar dəyərində mükafat veriləcək.

Martinetti Bakıda bu cür mötəbər turnirin keçirilməsini böyük hadisə adlandırıb və deyib ki, turnir ən güclü güləşçilərin müəyyənləşməsində böyük köməkçi olacaq.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə deyib ki, bu turnirin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti