...

Azərbaycanlı şahmatçı superturnirdə heç-heçə edib

Cəmiyyət Materials 2 İyul 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın Dortmund şəhərində təşkil olunan superturnirdə keçirdiyi görüşdə heç-heçə edib. Bu, Azərbaycanın gənc qrossmeysterinin superturnirdə keçirdyi üçüncü görüş və üçüncü heç-heçəsi olub.

Məmmədyarov Almaniyadan olan Yan Qustafsonla görüşdə qələbə qazana bilməyib. O, 26-cı gedişdə xalını rəqibi ilə yarı bölməyə üstünlük verib. Bu görüşdən sonra Məmmədyarovun xal ehtiyatı bir xal yarıma yüksəlib.

Azərbaycanlı şahmatçı alman rəqibi ilə qarşılaşmada ağ fiqurlarla mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti