...

Azərbaycanlı şahmatçı Rusiyada keçirilən turnirin qalibi olub

Cəmiyyət Materials 21 İyul 2008 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Məğrurə İmanlı Rusiyanın Soçi şəhərində keçirilən turnirdə birinci yeri tutub. On yaşlı azərbaycanlı idmançı bu uğuru Ermənistandan olan şahmatçını məğlub etməklə qazanıb.

Azərbaycanlı şahmatçı 8-12 yaşlı idmançılar arasında keçirilən yarışda birinci olub.

Rusiyada təşkil olunan turnirdə bir çox ölkələrin şahmatçıları çıxış ediblər.

Azərbaycanın şahmatçıları Ermənistandan olan idmançılarla müxtəlif səviyyəli turnirlərdə tez-tez qarşılaşırlar.

Xəbər lenti

Xəbər lenti