...

TQDK-nın apellyasiya komissiyaları abituriyentlərin şikayətlərinə baxmağa başlayıb

Cəmiyyət Materials 28 İyul 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkil etdiyi apellyasiya komissiyaları bazar ertəsi abituriyentlərin şikayətlərinə baxmağa başlayıb.

Qəbul imtahanlarında test tapşırıqlarının məzmunu ilə, ayrı-ayrı fənlərlə və imtahanın gedişi ilə bağlı olan şikayətləri Dövlət Komissiyası keçən həftə qəbul edib.

I ixtisas qrupu üzrə imtahanlarda auditoriyadan doqquz, II qrup üzrə on səkkiz, IV qrup üzrə on üç abituriyent kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti