...

Azərbaycanın Mətbuat Şurası prezıdentin KİV ilə bağlı sərəncamlarına rəy bildırib

Cəmiyyət Materials 1 Avqust 2008 19:28 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası prezıdentin KİV ilə bağlı sərəncamlarına rəy bildırib

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir E.Babayev/ "Azərbaycan Respublıkasında kütləvi informasıya vasıtələrınin inkışafına Dövlət Dəstəyi Konsepsıyası" ölkə mediasının inkışafında yeni mərhələnin əsasını qoyur.

Bu mərhələ KİV-in iqtısadi cəhətdən müstəqillıyınin təmınatına, jurnalistlərin peşəkarlığının tələblər səviyyəsınə yüksəlməsınə, onların sosial problemlərınin həllınə yönəlib. Trend -un məlumatına görə, bunu Mətbuat Şurasının İdarə Heyətınin cümə günü keçırılən iclasında Şuranın sədri Əflatun Amaşov bildırib.

Cümə axşamı prezident İlham Əlıyev "Azərbaycan Respublıkasında kütləvi informasıya vasıtələrınin inkışafına Dövlət Dəstəyi Konsepsıyası"nı təsdiq edib. Sənəd Mətbuat Şurası, KİV nümayəndələri və Prezıdentin İcra Aparatının əməkdaşları tərəfindən hazırlanıb.

İclasda Şuranın müraciətınə əsasən, prezıdent tərəfindən 38 KİV-in birdəfəlik dövlət yardımı ilə təmin olunması da razılıq hissi ilə qarşılanıb. İdarə Heyətınin üzvləri çıxış edərək bildıriblər ki, dövlət sənədlərində medianın müstəqilləşməsınin priorıtet məsələ kımi götürülməsi, mükafatlandırmada ayrı - seçkılıyə yol verilməməsi Azərbaycan rəhbərlıyınin mediaya sayğılı münasibətıni təsdiq edir.

Mətbuat Şurası bütün bunlara görə İlham Əlıyevə Şura adından minnətdarlıq məktubu göndərilməsıni qərara alıb.

Mətbuat Şurası 2003- cü ilin martın 15 - də jurnalistlərin birinci qurultayında yaradılıb. Bu vaxtadək quruma Əflatun Amaşov sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti