...

Bakıda avtomobil hissələrini oğurlayıb satmaqda təqsirli bilinən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 23 Sentyabr 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda avtomobil hissələrini oğurlayıb satmaqda təqsirli bilinən dəstə üzvlərinə hökm oxunub.

Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dəstə başçısı Mirabbas Cəlilova 8, Əhməd İlyasova 4, Fariz Nəbiyev və Yusif Nəbiyevə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Cəzalandırılanlar ötən ilin sentyabrından dekabrınadək paytaxtda 20 avtomobili qarət edərək, onların hissələrini oğurlayıb satıblar.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin oğurluq (177), quldurluq (181) və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə (185) maddələri ilə cinayət işi açılıb.

Dəstə başçısı Cəlilov əvvəllər narkotiklərin qanunsuz saxlanılması cinayətinə görə məhkum olunub.

Dəstənin digər 3 üzvü isə yeniyetmədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti