...

Qafqaz müsəlmanlarının dini lideri bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 29 Sentyabr 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr/ Trend / Qafqaz müsəlmanlarının dini lideri bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin xalqa müraciətində bildirilir ki, Quranda ilahi müdriklik xəzinəsi kimi göstərilən Ramazan ayı insanların ruhunu və düşüncəsini təmizləyən, onları əmin - amanlığa, vəhdətə, əxlaqi saflığa çağıran xeyirxahlıq ayıdır.

"Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman oğullarımızın xatirəsini yad edərək, Allahdan onların ruhlarına rəhmət, ailələrinə səbr diləyirəm", - deyə bazar ertəsi QMİ - dən Trend - a daxil olan təbrikdə bildirilir.

Bu il Azərbaycanda Ramazan bayramı 30 sentyabr və 1 oktyabr tarixlərində qeyd olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti