Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov Premyer -Liqanın son turunda "Bakılı" - "Simurq" oyununu idarə etmiş hakim Ceyhun Haşımovun cəzalandırılmayacağını bildirib.
"Haşımov cəzalandırılmayacaq. Cünki hakim, qiyməti 7.0 baldan aşağı olduğu halda cəzalana bilər", - Peşəkar Futbol Liqasının (PFL) saytına açıqlamasında Məmmədov deyib.
"Bakılı" - "Simurq" oyununda baş hakim olmuş Haşımov görüşün idarəçiliyndə bəzi səhvlərə yol verib. Buna görə də o, turun oyunlarını idarə edən hakimlər arasında ən aşağı qiymət - 7.0 bal alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]