...

AGİN rəsmisi "Qara Dəniz ölkələri oyunları"nın təşkilati məsələlərinin müzakirəsində iştirak edəcək

Cəmiyyət Materials 27 Oktyabr 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) idman şöbəsinin müdiri Mirkamil Rəhimov "Qara Dəniz ölkələri oyunları"nın təşkilati məsələlərinin müzakirəsində iştirak edəcək. Bu barədə Trend - a AGİN -in mətbuat xidməti məlumat verib.

"Qara Dəniz ölkələri oyunları"nın iclası oktyabrın 29 - da və 30 - da Rumıniyada keçiriləcək.

Olimpiya idman növlərinin daxil edildiyi "Qara Dəniz ölkələri oyunları" ilk dəfə 2007- ci ilin iyul ayında Türkiyənin Trabzon şəhərində keçirilib.

İkinci dəfə keçiriləcək "Qara Dəniz ölkələri oyunları"nın iclasında 10 - dan artıq ölkənin nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti