...

Dünyadakı maliyyə böhranı Azərbaycanın "Qarabağ" futbol klubunun planlarına təsir göstərib – klubun vitse-prezidenti

Cəmiyyət Materials 3 Dekabr 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Ergün/ Dünyadakı maliyyə böhranı Azərbaycanın "Qarabağ" futbol klubunun planlarına mənfi təsir göstərib.

"Dünyada başlayan maliyyə böhranı bizim üçün problemlər yaradıb. Maliyyə böhranı səbəbindən Binə qəsəbəsində inşa etməyi planlaşdırdığımız stadion və bazanın tikintisinə başlaya bilmirik", - "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl jurnalistlərlə görüşündə bildirib.

Bir müddət əvvəl "Qarabağ" rəhbərliyi Binə qəsəbəsində inşa etdirmək istədikləri müasir standartlara cavab verən stadion və bazanın layihəsinin təqdimetmə mərasimini keçirmişdi. Tikinti işlərinin yaxın vaxtlarda başlaması gözlənilsə də, sonradan yarımçıq dayandırılması barədə xəbərlər yayıldı.

Gözəl bildirib ki, tikintinin dayanmasına səbəb bankların kredit verməməsidir.

"Hazırda banklar heç bir şirkətə kredit vermir. Stadion və bazadan başqa da bir neçə layihəmiz var. Hətta banklarla kredit müqavilələri də bağlamışıq. Lakin maliyyə böhranı səbəbindən krediti vermirlər", - deyə Gözəl əlavə edib.

"Qarabağ"ın sponsoru "Azərsun-Holdinq" şirkətidir.

Klub rəsmisi tikinti işlərinin məliyyə böhranı başa çatan kimi başlayacağını deyib.

"Dünyadakı maliyyə böhranının başa çatmasını və sabitliyin yaranmasını gözləyirik. Hər şey qaydasına düşən kimi lazım olan krediti götürüb, tikintiyə başlayacağıq", - deyib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur. Komanda Azərbaycan Premyer-Liqasının birinci dövrəsini 24 xalla 7-ci pillədə başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti