...

Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edənlərin əksəriyyəti Əfqanıstan, İran və Pakistan vətəndaşlarıdır

Cəmiyyət Materials 17 Dekabr 2008 12:42 (UTC +04:00)
Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edənlərin əksəriyyəti Əfqanıstan, İran və Pakistan vətəndaşlarıdır

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edənlərin böyük əksəriyyəti Əfqanıstan, İran və Pakistan vətəndaşlarıdır.

"Azərbaycanda qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə 100 - ə yaxın müraciət daxil olub. Yalnız bir şəxsə qaçqın statusu verilməsi haqqında qərar qəbul olunub",- bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında Trend - un sualına cavabında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov məlumat verib.

Rəhimov Azərbaycanda qaçqın statusu verilən şəxsin hansı ölkənin vətəndaşı olduğunu və adını bildirməyib..

Onun sözlərinə görə, qalan hallarda ya ərizələrə baxılmasından imtina, ya da qaçqın statusunun verilməsindən imtina olunması haqqında qərar qəbul edilib.

Rəhimov qeyd edib ki, qaçqın statusu almaqla bağlı müraciətlər təkcə Dövlət Miqrasiya Xidmətində yox, aidiyyatı orqanlarda da öyrənilir, bu rəylər toplanır , araşdırmalar başa çatandan sonra qərar qəbul olunur.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti