...

Sabah ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayacaq

Cəmiyyət Materials 7 Yanvar 2009 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir R.Ergün/ Sabah ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının startı veriləcək. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Bakıdakı Əl Oyunları Sarayında keçiriləcək çempionatda Nizami Paşayevdən başqa, ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının bütün üzvləri iştirak edəcəklər. Ümumilikdə, çempionatda 100-ə yaxın idmançının iştirak edəcəyi gözlənilir.

Azərbaycan çempionatında uğurlu çıxış edən idmançılar bu ilin aprel ayında Rumıniyada keçiriləcək Avropa birinciliyində iştirak etmək imkanı qazanacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti