...

Ali Məhkəmə Azərbaycanda insan alveri ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirməsini aparıb

Cəmiyyət Materials 14 Aprel 2009 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Ali Məhkəmə Azərbaycanda insan alveri ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirməsini aparıb.

Ali Məhkəmədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Ali Məhkəmənin Plenumunun aprelin 17-də keçiriləcək iclasında 2006-2007-ci illərdə insan alveri ilə bağlı cinayət işlərinə baxılması və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Hazırlanmış ümumiləşdirmədə bu növ cinayətlərlə bağlı məhkəmə təcrübəsində yol verilmiş pozuntular, baxılan işlərin statistikası əksini tapıb.

Trend -un arayışı: Ötən il aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən illə müqayisədə 39,2 faiz artaraq 394 fakt təşkil edib. Bu cinayətlərə görə, 349 nəfər məsuliyyətə cəlb olunub.

Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 60,8 faiz artaraq 193 olub, həmin cinayətləri törədənlərin 56,2 faizi (196) qadınlar olub.

Plenumun iclasında Bakı Hərbi Məhkəməsində ötən il ədalət mühakiməsinin həyata keçirilməsinə dair məhkəmə sədrinin hesabatı dinləniləcək, Məhkəmə-Hüquq Şurası tərəfindən cəzalandırılan Astara rayon məhkəməsinin sədri Elnur Cəbiyevin Şuranın qərarından verdiyi şikayətə və konkret mülki və cinayət işlərinə baxılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti