...

Kriştian Ronaldu "Portu" ilə oyunda "MY"-ya qələbə qazandırıb

Cəmiyyət Materials 16 Aprel 2009 01:54 (UTC +04:00)
Kriştian Ronaldu "Portu" ilə oyunda "MY"-ya qələbə qazandırıb

Azərbaycan, Bakı, 16 aprel / Trend / Portuda UEFA Çempionlar liqasının 1/4  finalının oyunu başa çatıb. Yerli "Portu" İngiltərənin "Mançester Önayted" klubuna minimal hesabla uduzub. Oyunda yeganə qolu 6-cı dəqiqədə Kriştianu Ronaldu vurub.
Bu komandalar arasındakı ilk oyun 2:2 hesabı ilə bitib. İki görüşün nəticəsinə əsasən yarımfinala "MY" yüksəlib. Aleks Ferqyussonun yetirmələri yarımfinalda "Arsenal"a qarşı oynayacaqlar.
Digər oyunda isə "Arsenal" öz meydanında "Vilyarreal"ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı ilk görüş 1:1 hesabı ilə sonuclanmışdır.

Xəbər lenti

Xəbər lenti