...

Azərbaycanın futbol üzrə millisi Avropa çempionatının seçmə mərhələsində Portuqaliyanı udub

Cəmiyyət Materials 24 Aprel 2009 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir A.Hüseynbala/ 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının ikinci seçmə mərhələsində Azərbaycan U-19-u ilk oyununu qələbə ilə başa vurub.

Trend -un məlumatına görə, komandamizin rəqibi qrup oyunlarına ev sahibliyi edən Portuqaliya yığması olub. Komandamız Anna Atayeva və Nərminə Rzayevanın vurduğu qollar sayəsində 2:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Fransa U-19-u uelsli həmyaşıdlarını 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Yığmamız növbəti oyununu aprelin 25-də Bakı vaxtı ilə saat 20:00-da Uels komandasına qarşı keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti