...

Azərbaycanın təhsil ocaqlarının təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər planı hazırlanır – Təhsil Nazirliyi Aparatının rəhbəri

Cəmiyyət Materials 30 Aprel 2009 15:22 (UTC +04:00)
Azərbaycanın təhsil ocaqlarının təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər planı hazırlanır – Təhsil Nazirliyi Aparatının rəhbəri

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanda bütün təhsil ocaqlarının təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər planı hazırlanır. Bu haqda Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov cümə axşamı Trend -a bildirib. 

"Ali və orta təhsil ocaqlarında təhlükəsizliyi təmin etmək məqsədilə ciddi tədbirlər görüləcək", - Pirməmmədov deyib.

Onun sözlərinə əsasən, ali təhsil ocaqlarının heç də hamısı mühafizə idarələri ilə razılaşma bağlamayıb.

Bu gün səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda silahlı şəxs atışma törədib. İlkin məlumatlara əsasən, azı 13 nəfər həlak olub və 18 nəfər yaralanıb. Bu haqda Trend -un hadisə yerində olan müxbiri hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Atəş açan şəxs zərərsizləşdirilib. Bu haqda məlumatı daxili işlər nazirinin müavini Vilayət Quliyev təsdiqləyib. Verilən digər məlumata əsasən, cinayətkar özü özünü öldürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti