...

UEFA yarışlarında iştirak üçün Azərbaycanın 7 klubuna lisenziya verilib

Cəmiyyət Materials 5 May 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya komissiyası tərəfindən UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərini araşdırdıqdan sonra "Bakı", "İnter", "Simurq", "Xəzər-Lənkəran", "Neftçi", "Olimpik" və "Qarabağ" klublarına lisenziya verilib.

AFFA-dan çərşənbə axşamı Trend -a bildiriblər ki, "Karvan" və "Qəbələ" klubları isə qitə yarışlarında iştirak etmək hüququ qazana bilməyiblər. Bundan əlavə, komissiya növbəti mövsümdə (2009/2010)  Premyer Liqada iştirak etmək üçün də klublara lisenziya verib.

UEFA yarışlarında iştirak etmək hüququ olan klublar avtomatik olaraq Premyer Liqada da iştirak etmək  səlahiyyətinə malikdirlər. "Qəbələ" və "Muğan" klublarına növbəti mövsümdə də Premyer Liqada iştirak etmək hüququ verilib. Digər beş klubun - "Karvan", "Standard", "Turan", "MOİK" və "Bakılı"nın sənədlərində müəyyən çatışmamazlıqlar olduğundan həmin klublara şərti olaraq lisenziya verilib. Bu ilin iyul ayının 31-dək bu klublar sənədlərində olan müvafiq çatışmazlıqları aradan qaldırmasalar, onlara verilən şərti lisenziya ləğv ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti