...

Azərbaycan Ombudsmanı Şuşanın işğalında iştirak edən erməni terrorçularını cinayət məsuliyyətinə cəlb etməyə çağırıb

Cəmiyyət Materials 7 May 2009 15:21 (UTC +04:00)
Azərbaycan Ombudsmanı Şuşanın işğalında iştirak edən erməni terrorçularını cinayət məsuliyyətinə cəlb etməyə çağırıb

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı dünya ictimaiyyətini Şuşanın işğalında iştirak edən erməni terrorçuları və onların havadarlarını cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

"Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır", - Trend -un məlumatına görə, Ombudsman Elmira Süleymanova Şuşanın işğalı günü ilə bağlı cümə axşamı beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirib.

Bəyanatda beynəlxalq təşkilatlardan Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması, bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək verilməsi, zəbt olunmuş torpaqların qaytarılması, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönməsi, onların hüquqlarının bərpa edillməsi tələb olunur.

Bəyanat BMT-nin Baş Katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları və digər təşkilatlara ünvanlanıb.

Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı 193 nəfər şəhid, 102 nəfər isə əlil olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti