...

QHT-lər haqda yeni qanun hazırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün heç bir problem yaratmayacaq - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 13 İyun 2009 13:02 (UTC +04:00)
QHT-lər haqda yeni qanun hazırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün heç bir problem yaratmayacaq - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir C.Babayeva /

"Yaxınlarda qəbul edilməsi gözlənilən "Azərbaycanın QHT-ləri haqqında" yeni qanun, hazırda fəaliyyət göstərən və yeni yaranmış qeyri-hökumət təşkilatları üçün heç bir problem yaratmayacaq", - şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

"Yeni qanun beynəlxalq standartlara uyğun gəlir və beynəlxalq münasibətlərin inkişafına xidmət edir. Azərbaycan QHT-ləri əvvəllər xarici həmkarları ilə istədikləri kimi əməkdaşlıq edib. Qanunun qəbulundan sonra onlar xarici QHT-lərlə, onların təmsil etdikləri ölkələrlə Azərbaycan arasında bağlanmış müqavilələr çərçivəsində əməkdaşlıq edəcəklər", - Həsənov bildirib.

Onun sözlərinə görə, bəzi QHT-lərin yeni qanunun qəbulu ilə bağlı narahatlığını başa düşmür. "Dövlət qeydiyyatı olan Azərbaycan QHT-ləri fəaliyyətini davam etdirəcək və yeni QHT-lərin qeydiyyatdan keçməsində heç bir problem yaranmayacaq", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti