...

Azərbaycanın Şirvan Milli Parkının 3 hektar ərazisi yanıb

Cəmiyyət Materials 21 İyul 2009 11:07 (UTC +04:00)
“Yanğın nəticəsində parkın Astara-Bakı magistral yolu boyunca yerləşən ərazisindəki ot örtüyünə, kollara ziyan dəyib”, - çərşənbə axşamı Trend News-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Şirvan Milli Parkının 3 hektar ərazisi yanıb

Azərbaycan, Bakı 21 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Şirvan Milli Parkının 3 hektar ərazisi yanıb.

"Yanğın nəticəsində parkın Astara-Bakı magistral yolu boyunca yerləşən ərazisindəki ot örtüyünə, kollara ziyan dəyib", - çərşənbə axşamı Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin müvafiq qurumlarının, Şirvan Milli Parkının, o cümlədən Salyan rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Salyan və Şirvan rayonlarında fəaliyyət göstərən bölmələrinin səyləri nəticəsində alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və tamamilə söndürülüb. "Yanğının vaxtında qarşısının alınması nəticəsində Şirvan Milli Parkında məskunlaşmış heyvanat aləminə heç bir zərər dəyməyib", - məlumatda əlavə olunur.

Mütəxəssislərin ilkin mülahizələrinə görə, yanğına səbəb Astara-Bakı magistral yolu ilə hərəkət edən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub. "Hazırda Şirvan Milli Parkına dəyən maddi ziyanın həcmi müəyyən edilir. Yanğının səbəbləri və təqsirkarlar barədə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən təhqiqat aparılır", - məlumatda qeyd edilir.

Son bir ay ərzində vətəndaşların ehtiyatsızlığı və ətraf mühitə biganə münasibəti nəticəsində Ələt-Hacıqabul magistral avtomobil yolunun 38-ci kilometrliyinin yeni salınan meşə əkini sahəsində, Xırdalan Meşə Müəssisəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində, Bakı-Quba yolunun 115-ci kilometrliyinin Dəvəçi MMBM-nin və 42-ci kilometrliyinin Giləzi Meşəsalma Müəssisəsinin ərazilərində iri və xırda miqyaslı yanğınlar baş verib. Nəticədə təkcə floraya deyil, həm də insan sağlamlığına xətər toxunub.

Bu yanğınlardan birinin qarşısını alan zaman Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşı Əlzamin Talıbovu zəhərli ilan sancıb və hazırda xəstəxanadadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti