...

Azərbaycan Parlamenti ilə kütləvi informasiya vasitələri arasında gələcəkdə intensiv əməkdaşlığın perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 31 İyul 2009 15:51 (UTC +04:00)
“Media parlamentin fəaliyyətini lazımi səviyyədə işıqlandıra bilmir, qəbul olunan qanunlarla bağlı təhlillər aparılmır”, - Trend News-un məlumatına görə, cümə günü Tərəfsiz Jurnalistlər Birliyinin təşəbbüsü ilə Atatürk Mərkəzində keçirilən tədbirdə Milli Məclisin Mədəniyyə məsələləri komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycan Parlamenti ilə kütləvi informasiya vasitələri arasında gələcəkdə intensiv əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamenti ilə kütləvi informasiya vasitələri (KİV) arasında gələcəkdə daha intensiv əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Media parlamentin fəaliyyətini lazımi səviyyədə işıqlandıra bilmir, qəbul olunan qanunlarla bağlı təhlillər aparılmır", - Trend -un məlumatına görə, cümə günü Tərəfsiz Jurnalistlər Birliyinin təşəbbüsü ilə Atatürk Mərkəzində keçirilən tədbirdə Milli Məclisin Mədəniyyə məsələləri komitəsinin sədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çox tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Cəfərovun sözlərinə görə, bəzən jurnalistlər komitə sədrləri və deputatlarla lazımi münasibət qura bilmirlər.

"Parlamentin fəaliyyətinin işıqlandırılmasında jurnalistlər çox böyük iş görür", - Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Onun fikrincə, parlamentin rəhbərliyi jurnalistlərin daha yaxşı işləməsi üçün onlara daha əlverişli şərait yaratmalıdır.

"Jurnalistlər parlamentdəki müzakirələrin cəmiyyətə çatdırılmasında həmişə böyük rol oynayıb. Amma televiziyalarda Milli Məclisin iclaslarından repotajların yayımlanmasında ayrıseçkilik hiss olunur", - Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

"Cari məsələlərin müzakirəsi zamanı səsləndirilən fikirlərə mətbuatda daha çox yer ayrılır", - millət vəkili Gültəkin Hacıbəyli deyib.

Onun sözlərinə görə, Milli Məclisin fəaliyyətini cəmiyyətə daha yaxşı çatdırmaq üçün müzakirəyə çıxarılan qanun layihələri bütün jurnalistlərə veriməlidir.

"Milli Məclisdə jurnalistlərin daha effektli fəaliyyətini təmin etmək üçün təkliflər hazırlanıb parlamentin rəhbərliyinə təqdim olunmalıdır", - millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, jurnalistlərin hazırladığı həmin müraciəti millət vəkilləri də imzalamağa hazırdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti